Səhər qəzeti

Bakıda Messini görmək istəyənlər bu qədər xərcə düşəcək - Bilet qiymətləri açıqlandı

Tarix:4-12-2024, 13:38
Baxış Sayı:0

 

ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messinin dekabrın 11-də Bakıya gələcəyi ilə bağlı xəbər vermişdik.

Səfərin detalları məlum olub.

Ulduz futbolçu komanda yoldaşları - Luis Suares, Serxio Buskets və Jordi Alba ilə birlikdə ölkəmizə gələcək. Dekabrın 11-də Bakı Kristal Zalında keçiriləcək tədbirdə pərəstişkarlar futbolçuları görmək imkanı qazanacaqlar.

2 saat davam edəcək tədbirin biletlərinin qiyməti isə 10 – 50 AZN arasında dəyişir.

Tədbirdə Messinin futbol həyatını və mübarizəsini əks etdirən film də nümayiş olunacaq. Həmçinin dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu çıxış edəcəklər.

Digər xəbərlər
XƏBƏR LENTİ