Səhər qəzeti

Kurskda rusların daha 100 əsgəri əsir götürüldü: Ukrayna ordusu irəlilədi

Tarix:14-08-2024, 20:30
Baxış Sayı:6

 

Bu gün, avqustun 14-də Kursk vilayətində 100-dən çox rusiyalı hərbçi əsir götürülüb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski prezident Vladimir Zelenskiyə məruzəsi zamanı məlumat verib.

“Bu günün əvvəlindən müəyyən istiqamətlərdə (Kursk vilayətində - red.) qoşunlar 1 kilometrdən 2 kilometrə qədər irəliləyiblər.

Günün əvvəlindən düşmənin 100-dən çox əməkdaşı əsir götürülüb”, - Sırski bildirib.

Sırski bütün əsas istiqamətlər üzrə vəziyyət barədə də prezidentə məlumat verib.

Digər xəbərlər
XƏBƏR LENTİ