Səhər qəzeti

Ukrayna Cənubi Koreya ilə birləşir: Rusiya və Şimali Koreyaya qarşı plan hazırlanır

Tarix:Dünən, 22:12
Baxış Sayı:0

 

Cənubi Koreya prezidenti Yun Seok-yeol Ukraynanın müdafiə naziri Rüstəm Umerova Rusiya və KXDR arasında hərbi əməkdaşlıq səbəbindən təhlükəsizlik təhdidlərinə cavab planı yaratmağı təklif edib.

Bu barədə Cənubi Koreya liderinin administrasiyasından bildirilib.

“Koreya Respublikası və Ukrayna Rusiya və KXDR arasında hərbi əməkdaşlıq nəticəsində yaranan təhlükəsizlik təhdidlərinə cavab vermək üçün hərəkətə keçməli və planlar hazırlamalıdır”, - açıqlamada qeyd olunur.

Umerovun başçılıq etdiyi Ukrayna nümayəndə heyəti ilə Milli Təhlükəsizlik Departamentinin rəhbəri Şin Von-sik və müdafiə naziri Kim Yonq-hyunla da görüşüb.

Digər xəbərlər
XƏBƏR LENTİ