Səhər qəzeti

Səhər yeməyində bu qidalardan imtina edin: Yoxsa...

Tarix:14-08-2024, 13:49
Baxış Sayı:4

 

Səhər yeməyində orqanizm üçün zərərli olan qidaların adı açıqlanıb. Siyahını məşhur dietoloq, qastroenteroloq, klinik farmakoloq Rüstəm Sadıqov tərtib edib.

Mütəxəssis qeyd edib ki, səhər kəsmik, süd, kolbasa və pendirli bişmiş sendviç, südlü qəhvə və almadan imtina etmək məsləhətdir.

Bu qidalar mədəyə çox yüklənir və həzm prosesini çətinləşdirir, şişkinlik, narahatlıq və həzmsizlik yaradır. Bu tip qidalar həmçinin ürək xəstəliyi riskini artıran doymuş yağ ehtiva edir.

Dietoloq hesab edir ki, səhər yeməyində siyahıda ilk sırada meyvə və qoz-fındıq ilə yulaf əzməsi, tam taxıllı tost ilə yumurta, meyvə və çia toxumu ilə qatıq yer almalıdır. Bu qidalar lif, sağlam yağlar, protein, kalsium və probiyotiklərlə olduqca zəngindir.

Digər xəbərlər
XƏBƏR LENTİ