Səhər qəzeti

Rusiya böyük müharibəyə hazırlaşır: nüvə fəaliyyəti baş verərsə...

Tarix:Dünən, 13:33
Baxış Sayı:0

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin Tədqiqat İnstitutu əhalini müxtəlif təhlükələrdən, o cümlədən zərbə dalğalarından və nüvə partlayışlarından, radioaktiv çirklənmədən qorumaq üçün mobil sığınacaqların kütləvi istehsalına başladığını açıqlayıb.

“KUB-M” adlı səyyar sığınacaqların kütləvi istehsalı nüvə partlayışı nəticəsində yaranan şok dalğaları və radiasiya da daxil olmaqla, müxtəlif təhlükələrdən qoruya bilər.

Nazirlikdən bildirilib ki, Rusiyanın qərbindəki Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərindəki müəssisələrdə kütləvi istehsal olunan səyyar sığınacaqlardan təbii fəlakətlərdə istifadə oluna bilər:

“Səyyar sığınacaqlar 54 nəfərlikdir və bu say artırıla bilər. Səyyar sığınacağın kütləvi istehsalına başlanması vətəndaşların təhlükəsizliyinin artırılması istiqamətində mühüm addımdır. Sığınacaqların tərtibatçıları keçən il təqdimat iclasında elan etmişdilər ki, onlar yüngül nüvə hücumundan, yanğından, silahlı hücumdan, radioaktiv buraxılışdan və kimyəvi təhlükələrdən 48 saat qoruyur”.

Digər xəbərlər
XƏBƏR LENTİ