Səhər qəzeti

Azərbaycan hərbçiləri İrəvana getməkdən İMTİNA ETDİLƏR

Tarix:Dünən, 08:13
Baxış Sayı:0

 

Azərbaycan Ermənistanda keçiriləcək hərbçilər arasında güləş üzrə dünya çempionatında iştirak etmir.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin bədən tərbiyəsi və idman xidmətinin rəisi, polkovnik Arman Davtyan bu gün keçirilən mətbuat konfransında deyib.

“Beynəlxalq Hərbi İdman Şurasının tədbirlərinə dəvətlər təşkilatçı ölkə deyil, şura tərəfindən göndərilir. Azərbaycan milli komandası ərizə təqdim etməyib və Ermənistana gəlməyib”.

Qeyd edilir ki, Ordu Güləşi üzrə Dünya Çempionatı 18-24 noyabr tarixlərində keçiriləcək.


Digər xəbərlər
XƏBƏR LENTİ