Səhər qəzeti

Makron Trampı tənqid etdi: görün nə dedi

Tarix:19-11-2024, 14:55
Baxış Sayı:0

 

Fransa prezidenti Emmanuel Makron birbaşa adını çəkmədən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı tənqid edib.

Bu barədə “Politico” qəzeti yazıb.

Fransa lideri G20 sammitində çıxışı zamanı ilk olaraq Tramp administrasiyasını müşayiət edən beynəlxalq müqavilələrin kövrəkliyi və yeni ticarət müharibələri riski məsələsini qaldırıb. Makron ABŞ-ın 45-ci prezidentin dövründə də qarşı çıxdığı "2016-cı il Paris iqlim sazişi"nə xüsusi diqqət yetirib.

“Biz Paris iqlim sazişi"ndən sonra irəliləyiş əldə etdik. Amma o qədər kövrəkdir ki, hər an sual altına düşə bilər. Güclülərin həyata keçirdiyi tarif siyasəti ilə beynəlxalq nizamın hər hansı məhv edilməsi başqalarını da eyni addımı atmağa sövq edəcək”, - Makron bildirib.

Xatırladaq ki, noyabrın 6-da Makron ABŞ prezident seçkilərində qalib gələn Donald Trampı seçkilərdəki qələbəsi münasibətilə ilk təbrik edənlərdən biri olub və birgə işləməyə hazır olduğunu bəyan edib.

Digər xəbərlər
XƏBƏR LENTİ