Səhər qəzeti

Putinin düşmənləri Berlində toplaşdılar: Görün nə tələb etdilər

Tarix:18-11-2024, 15:59
Baxış Sayı:0

 

Berlində rusiyalı müxalifətçilər İlya Yaşin, Yuliya Navalnaya və Vladimir Kara-Murzanın təşkilatçılığı ilə genişmiqyaslı müharibə əleyhinə yürüş keçirilib.

Bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşılıb.

Aksiya iştirakçıları Rusiya qoşunlarının Ukrayna ərazisindən dərhal çıxarılmasını, Vladimir Putinin hərbi cinayətkar kimi mühakimə olunmasını və Rusiyadakı bütün siyasi məhbusların azad edilməsini tələb ediblər.
Berlinin mərkəzində, Henrietta Herz parkında keçirilən mitinqə iki minə yaxın insan gəlib. Konvoy “Putinsiz Rusiya” və “Müharibəyə yox” şüarları səsləndirərək Rusiya səfirliyinə doğru irəliləyib. Yürüşə Yuliya Navalnaya, İlya Yaşin və Vladimir Kara-Murza rəhbərlik edib.

Təşkilatçılar vurğulayıblar ki, hazırda Rusiya daxilində qanuni etiraz aksiyaları keçirmək mümkün deyil.

“Ancaq biz hələ də sülhsevər, azad və sivil Rusiyanın olduğunu göstərə bilərik. Biz varıq, susmuruq və birlikdə hərəkət edirik”, - Yaşin sosial şəbəkələrdə yazıb.

Müxalifət müharibənin bütün əleyhdarlarını və Vladimir Putin rejimini Berlin yürüşünə qoşulmağa çağırıb.

Digər xəbərlər
XƏBƏR LENTİ