Səhər qəzeti

Pallonenin gəlişi: ermənilərin Bakıda “güc nümayişi”nə imkan verilmədi - DETALLAR

Tarix:18-11-2024, 15:53
Baxış Sayı:0

 
Konqresmen Frank Pallonenin Azərbaycana qarşı etdikləri fonunda COP29 çərçivəsində ölkəmizə gələ bilməsi sualla yaradır: rəsmi Bakı ermənipərəst konqresmenin gəlişinə niyə imkan verdi?

Pallone BMT xətti ilə Bakıya gəlsə də, buna etiraz etmək, yaxud qarşısını almaq mümkünsüz deyildi. Lakin belə bir addım COP29-a ev sahibliyi edən Bakının qlobal iqlim məsələsini siyasiləşdirdiyi görüntüsü yarada, daha dəqiq desək, bu cür ittihamlara yol aça bilərdi. Azərbaycan hətta Pallone kimilərin COP29-a qatılmasına qarşı çıxmamaqla qlobal iqlim probleminin müzakirəsini siyasiləşdirmədiyini, Bakının qlobal məsələlərin müzakirə platforması olduğunu nümayiş etdirdi.

Bunun fonunda Pallonenin Bakıda ictimai etirazla qarşılanması amerikalı konqresmen olsa belə, Azərbaycana qarşı separatizmin cəzasız qalmaması baxımından doğru gediş idi. Əks təqdirdə, Qarabağa qanunsuz səfər edən və separatizmi dəstəkləyən amerikalı konqresmen Bakıda istədiyi kimi gəzməklə “güc nümayişi” göstərəcəkdi və bu, həm də ABŞ-dakı erməni diasporu/lobbisinin istədiyini edə bilməsi kimi qarşılanacaqdı. Palloniyə rəsmi şəkildə etiraz edilməməsi isə Bakının COP29 platformasına yanaşmasından qaynaqlanır.

Pallone siyasi karyerası boyunca erməni mövqeyindən çıxış edib. 2017-ci ildə Qarabağa qanunsuz səfər etdiyi üçün rəsmi Bakı tərəfindən “qara siyahı”ya salınıb. 44 günlük müharibədən sonra Xankəndidəki separatizmin müdafiəsi işini həyata keçirib. Qarabağda separatizmin ləğvindən sonra da eyni işi görüb: “Azərbaycan təcavüzünə qarşı ermənilərə dəstək” aktını, eləcə də, COP29 ərəfəsində Bakıya sanksiya çağırışı edən 60 amerikalı qanunvericinin imzaladığı müraciəti hazırlayıb.

Məlumatlara görə, Bakı səfəri planlaşdırdığı kimi baş tutmayan Pallone Azərbaycanı tərk edib.

Digər xəbərlər
XƏBƏR LENTİ