Səhər qəzeti

ÜST fövqəladə iclas çağırır

Tarix:12-08-2024, 10:03
Baxış Sayı:4

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Komitəsi Afrikadakı meymunçiçəyi ilə bağlı vəziyyətə dair avqustun 14-də toplanacaq.

Bu barədə qurumun rəhbəri Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkəsində məlumat verib.

ÜST-nin məlumatına görə, Konqo Demokratik Respublikasında iki ildir ki, meymunçiçəyi epidemiyası davam edir və o, qonşu ölkələrə də keçə bilər.

Qeyd edək ki, meymunçiçəyi nadir virus infeksiyasıdır. Bu, adətən yüngül xəstəlikdir və insanların çoxu bir neçə həftə ərzində sağalır, lakin bəziləri ciddi fəsadlarla üzləşə bilərlər. Xəstəliyinin ilkin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluq daxildir.

Digər xəbərlər
XƏBƏR LENTİ