Səhər qəzeti

Rusiyaya gedənlərin nəzərinə! - Sərhəddə YENİLİK

Tarix:14-11-2024, 09:17
Baxış Sayı:0


 

Rusiya hökuməti dekabrın 1-dən ölkənin sərhədini keçə bilmək üçün biometrik məlumatları təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə aparılacaq eksperimenti təsdiqləyib.

Rusiyanın Baş naziri Mixail Mişustin bununla bağlı müvafiq qərarı imzalayıb.

Eksperiment iki mərhələdə baş tutacaq.

Belə ki, birinci mərhələdə 2024-cü il dekabrın 1-dən 2026-cı il iyunun 30-dək Moskva (Domodedovo, Şeremetyevo, Vnukovo) və Moskva vilayətinin (Jukovski) beynəlxalq hava limanları və Orenburq vilayətindəki avtomobil buraxılış məntəqəsi (Maştakovo) vasitəsilə Rusiya Federasiyasına daxil olan əcnəbilər buraxılış məntəqələrində biometrik məlumatlarını verəcəklər.

İkinci mərhələ 30 iyun 2025-ci il tarixindən 30 iyun 2026-cı il tarixinədək keçiriləcək. Rusiyaya vizasız giriş üçün əcnəbilər əvvəlcədən biometrik və səfərin məqsədi haqqında məlumatlarını xüsusi tətbiqlə təqdim edə biləcəklər.

Dəyişikliklər aşağıdakı şəxslərə şamil edilməyəcək:

Belarus vətəndaşlarına,

Altı yaşına çatmamış uşaqlara,

Xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin diplomatlarına və əməkdaşlarına, habelə onların ailə üzvlərinə,

Beynəlxalq təşkilatların və onların ölkədə akkreditə olunmuş nümayəndəliklərinə, onların ailə üzvlərinə.


Digər xəbərlər
XƏBƏR LENTİ