Səhər qəzeti

Azərbaycan taekvondoçuları Avropa birinciliyini dörd medalla başa vurublar

Tarix:10-11-2024, 15:16
Baxış Sayı:0

 

Noyabrın 7-dən 9-dək Albaniyanın paytaxtı Tirana şəhərində taekvondo üzrə yeniyetmələr arasında Avropa birinciliyinin son günündə milli komandamızın üzvləri yığmamızın aktivinə daha iki medal əlavə ediblər.

Bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Bildirilib ki, taekvondoçumuz Novruz Əliyev (45 kq) bütün rəqiblərini üstələyərək Avropa çempionu adını qazanıb.

Millimizin üzvü Anar Abdullazadə (37 kq) gümüş medala sahib çıxıb.

Xatırladaq ki, yarışın ilk iki günündə taekvondoçularımız Gülay Əliyeva (44 kq) və Fərid Əlizadə (61 kq) bürünc medallara layiq görülmüşdülər.

Bununla da yeniyetmə taekvondoçularımız Avropa birinciliyini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurublar.

Qeyd edək ki, yarışda Azərbaycanın oğlanlardan ibarət komandası ümumi hesabda üçüncü pillədə qərarlaşıb.

Digər xəbərlər
XƏBƏR LENTİ