Səhər qəzeti

Cərrahların qara siyahısının sifarişçisi kimlərdir? Hər şey gün üzünə çıxır

Tarix:9-11-2024, 17:16
Baxış Sayı:10

 

Günlərdir durmadan davam edən, ixtisaslı həkimlərin ictimai nüfuzuna xələl gətirən, “saxta” sənədli həkimlər siyahısı məsələsinin pərdə arxası məlum oldu! Özünü “uzman” kimi qələmə verə şəxslərin, məqalənin sifarişçisi olduğu aşkarlandı. Əslində mənbə heç bir araşdırma aparmadan paylaşım etdiyini, həkimləri şəxsən tanımadığını, sadəcə yayımladığını etiraf edib, sözümüz onda yox.İctimaiyyət tərəfindən üzərinə olunan təzyiqlərdən sonra isə, bu işdə əli olan şəxslərin adlarını açıqladı .Plastik Cərrahlara kim qarayaxıb? ‌Məsələnin məğzi tamam başqa yerlərə dayanır. Bu gün Azərbaycanda adı xeyli sayda şikayətçilərlə anılan bir çox “uzman”lar var. Bu mövzuda bir çox həmkarlarımız şikayət ictimailəşdirib. Amma faktlarla. Çəkiliş, yara izləri, uğursuz görünuş, video müraciətlər. Belə anlarda kosmetoloqların sosial şəbəkələrdən – məsələn YouTube kanalından izlədiyi videolar sayəsində “uzman hoca” olmasının şahidi olmuşuq. Belə “Qılman hocaların” siyahısını sizə məndə təqdim edə bilərəm. O qədər marketlərdə satıcı işləyib əməliyyat otaqlarında peyda olan “cərrahlar” var ki.Bununla yanaşı ölkədə uğurlu əməliyyatları ilə yetəri qədər rəğbət qazanan plastik cərrahlarımız da var . Bu gün nədənsə belə cərrahlar hədəf alınıb. Mən mütəmadi olaraq belə cərrahlarla təmasda oluram. AzTimes.az saytında onlarla müsahibələr ictimaiyyətə təqdim olunub. Yetəri qədər tanıdığım üçün bildirim ki, verilən məlum siyahı 80 faiz həqiqətə söykənmir. Bu siyahıda adı çəkilən cərrahların əksəri ixtisas dəyişmədə ittiham olunur. Buna görə Səhiyyə Nazirliyi topa tutulur. Bu mövzuda məlumatlılar da yazır, məlumatsızlar da. Amma bir şeyi bilmək lazımdır kı, ixtisas dəyişmə bütün sahələr üzrə dünya praktikasında mövcuddur. İxtisasın dəyişilməsi cərrahın savadsızlığına dəlalət etmir. Bu mövzu olduqca həssas və araşdırması – dəqiq araşdırması labüd mövzudur. Bəzi insanların mövzudan anlayısının səthi olması, ictimaiyyətin həssaslığı adı ictimaiyyət tərəfindən çoxdan qara siyahıya atılmış bəzi ” uzmanların” öz əməllərini kölgədə qoyub, yeni hədəflərə “güllə tuşlamağı” ” münbit şərait “yaradıb. Bu mövzuya dönəcəyik. Həm də sözügedən “sifarişçilərin ” siyahısı ilə…

Pərvin Abışova/AzTimes.az/

Digər xəbərlər
XƏBƏR LENTİ