Səhər qəzeti

Baydenin stolunun üzərində “Ukrayna məhv olacaq” sənədi: Kremldən reaksiya

Tarix:9-11-2024, 14:50
Baxış Sayı:0

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Teleqram kanalında Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kulebanın açıqlamasına cavab verib.

Kuleba iddia edib ki, Rusiyanın hücumundan iki gün əvvəl Co Baydenin stolunun üstündə Ukraynanın məhv edilməsi ilə bağlı sənədlərin olduğu bir qovluq görüb.

"Yalnız bundan sonra Ukrayna nümayəndə heyəti niyə belə qəribə himnlərinin olduğunu başa düşdü?" – diplomat Kulebanın sözlərini ələ salıb.

Daha əvvəl Kuleba yazmışdı ki, müharibə başlamazdan əvvəl Bayden Kiyevin süqutu ilə bağlı Amerika kəşfiyyat xidmətlərindən sənəd almışdı. "Yəni kəşfiyyat, hərbi, siyasi analitiklər, MKİ - hamı yekdil idi: Ukrayna məhv olacaq", - o vurğulayıb.

Digər xəbərlər
XƏBƏR LENTİ