Səhər qəzeti

Avropa İttifaqı ölkələrində olan ukraynalı qaçqınların sayı açıqlandı

Tarix:9-11-2024, 10:07
Baxış Sayı:0

 

Hazırda Avropa İttifaqı ölkələrində 4,2 milyon ukraynalı qaçqın var və onlar Avropa Komissiyasının 2022-ci ilin martında qəbul etdiyi qərarla onlara verilən müvəqqəti müdafiə hüququndan istifadə edirlər.

Bu barədə Aİ-nin “Eurostat” statistika agentliyi məlumat yayıb.

Ən çox ukraynalı qaçqın Almaniyada yaşayır - 1,3 milyon nəfər, Polşa ikinci yerdə - 0,98 milyon, Çexiya isə üçüncü yerdədir - 0,38 milyon.

Müvəqqəti müdafiə hüququndan yalnız 24 fevral 2022-ci il tarixindən sonra Avropaya gələn və ittifaqın ərazisində daimi yaşamayan Ukrayna vətəndaşları yararlana bilər. Beləliklə, bu status (2026-cı ilin mart ayına qədər etibarlıdır – Qeyd) qüvvədə olduğu müddətdə qaçqınlar iş, sağlamlıq, təhsil və sosial müavinət əldə edə bilərlər.


Digər xəbərlər
XƏBƏR LENTİ