Səhər qəzeti

Pentaqondan Tramp açıqlaması: Bütün qanuni əmrlərə əməl etməyə hazırıq

Tarix:8-11-2024, 20:13
Baxış Sayı:0

 

ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, Pentaqon seçilmiş prezident Donald Trampın yeni administrasiyasına nizamlı keçidi təmin etməyə hazırdır, lakin ordu siyasətdən uzaq olacaq.

Ostinin hərbçilərə göndərdiyi sirkulyar (qaydaların icrasına rəhbərlik etmək üçün aidiyyəti qurumlara göndərilən məktub) açıqlanıb.

O, Tramp administrasiyasına sakit, nizamlı və peşəkar keçid olacağını qeyd edib:

“Həmişə olduğu kimi, ABŞ ordusu növbəti baş komandanının siyasət üstünlüklərini həyata keçirməyə və mülki komandanlıq zəncirinin bütün qanuni əmrlərinə əməl etməyə hazır olacaq”.

Ostin sirkulyarda onu da bəyan edib ki, ABŞ ordusu siyasi arenadan kənarda qalmağa davam edəcək, ölkəni prinsipial və peşəkarlıqla qoruyacaq, müttəfiqləri və tərəfdaşları ilə birgə hərəkət edəcək.

Onun ABŞ hərbçilərinə göndərdiyi sirkulyar Pentaqonun sözçüsü Sabrina Sinqhin gündəlik mətbuat konfransında suallar doğurub.

Jurnalistlərin suallarını cavablandıran Sinq bunun standart təcrübə olduğunu vurğulayıb: "Bu, görünməmiş bir vəziyyət deyil. Bu, onun açıq şəkildə çatdırmaq istədiyi mesaj idi ki, apolitik bir hərbçi növbəti baş komandirə və digər idarələrə xidmət etməyə davam edəcək”.

Digər xəbərlər
XƏBƏR LENTİ