Səhər qəzeti

Bu meyvə səhhətinizdəki problemlərin qarşısını ala bilər

Tarix:8-11-2024, 20:11
Baxış Sayı:0

 

Həzm sisteminin sağlamlığı insan səhhəti üçün çox vacibdir.

Həzm sistemi funksiyalarının pozulması səbəbindən qəbizlik və ya ishal kimi müxtəlif ağrılar meydana gələ, bu da həyat keyfiyyətinizə mənfi təsir göstərə bilər. Ancaq mətbəxinizdəki bir meyvə bu problemin qarşısını ala bilər.

Faydaları saysız-hesabsız olan bu meyvədən balanslı və nizamlı qidalanmaqla bu cür pozuntuların qarşısını ala bilərsiniz.

Banan istehlakının həzm və bağırsaq sistemini tənzimləmək, enerji vermək və ürək sağlamlığını qorumaq kimi bir çox faydası var. Bir bananda təxminən üç qram lif var. Liflə zəngin olduğu üçün qəbizlik və şişkinlik kimi həzm sistemi problemlərinin qarşısını alır.

Bananda olan liflər həzm sistemindəki toksinləri bədəndən çıxarmağa kömək edir.

Digər xəbərlər
XƏBƏR LENTİ