Səhər qəzeti

İsrail ilə Fransa arasında qarşıdurma - Şərqi Qüdsdə 2 fransız jandarmı saxlanıldı

Tarix:8-11-2024, 14:57
Baxış Sayı:0

 

İsrail polisinin işğal altındakı Şərqi Qüdsdə Fransa ərazisi olan “Pater Noster” kilsəsində iki fransız jandarmını saxladığı bildirilib.

 İsrail mətbuatında çıxan xəbərlərə görə, Fransa xarici işlər naziri Jan Noel Barron Şərqi Qüdsdəki “Pater Noster” kilsəsini ziyarət etməzdən əvvəl İsrail polisi ilə fransız jandarmları arasında gərginlik yaşanıb.

Fransız jandarmları İsrail polisinin kilsəyə daxil olmasına mane olduğu üçün aralarında gərginlik artıb. İsrail polisi fransız jandarmları saxlayıb və polis maşını ilə ərazidən uzaqlaşdırıb.

Fransa mətbuatında yer alan xəbərlərə görə, Barron İsrail polisinin Fransaya məxsus əraziyə icazəsiz və silahla daxil olduğunu bildirib. O, bu vəziyyətin qəbuledilməz olduğunu deyib.

İsrail polisinin kilsəsənin yerləşdiyi ərazini tərk etməkdən imtina etdiyini deyən Barron bu gün də bu əraziyə daxil ola bilməyəcəklərini qeyd edib.

Nazir həmçinin bildirib ki, Fransanın məsuliyyəti altında olan bir ərazidə bu pozuntu İsraillə əlaqələri zəiflədir.

Digər xəbərlər
XƏBƏR LENTİ