Kiyev ABŞ seçkilərində qalib gələn respublikaçı Donald Trampın Ukrayna ilə bağlı konkret hərəkətlərinin nədən ibarət olacağını hələ də anlamır.
Bu barədə Ukrayna lideri Vladimir Zelenski "Telegram" kanalında məlumat verib.
“Dünən mən Trampla danışdım. Yaxşı, məhsuldar söhbət oldu. Təbii ki, onun konkret hərəkətlərinin nə olacağını hələ deyə bilmərik. Amma biz ümid edirik ki, Amerika daha da güclənəcək”, – o yazıb.
Zelenskinin sözlərinə görə, Avropaya güclü Amerika, ABŞ-a isə güclü Avropa lazımdır.