Səhər qəzeti

Yaponiya dünyada ilk taxta peyki kosmosa göndərib

Tarix:5-11-2024, 20:48
Baxış Sayı:0

 

Yaponiya dünyada ilk taxta peyki kosmosa göndərib.

"Yapon tədqiqatçıları tərəfindən hazırlanan dünyanın ilk taxta peyki Ay və Marsın tədqiqində ağacdan istifadənin ilk sınağı çərçivəsində kosmosa göndərilib", - deyə nəşr məlumat verib.

Bildirilir ki, Kioto Universiteti və Sumitomo Forestry şirkəti tərəfindən hazırlanan ovuc boyda "LignoSat" peyki Beynəlxalq Kosmik Stansiyaya çatdırılacaq və daha sonra Yerdən təxminən 400 km hündürlükdə orbitə çıxarılacaq.

Kioto Universitetinin meşəçilik professoru Kodzi Murata qeyd edib ki, taxta kosmosda Yerdəkindən daha uzun müddət xidmət edəcək, çünki orada çürüməyə və ya yanmaya səbəb ola biləcək su və ya oksigen yoxdur. Bundan əlavə, tədqiqatçıların fikrincə, taxta peyk ekoloji cəhətdən daha təmiz olacaq.

Yerləşdirildikdən sonra "LignoSat peyki" altı ay ərzində orbitdə qalacaq. Onun komponentləri ağacın kosmosun ekstremal şəraitinə necə davam gətirdiyini ölçəcək.

Digər xəbərlər
XƏBƏR LENTİ