Səhər qəzeti

Türkiyə BMT-də İsrailə qarşı təşəbbüslə çıxış etdi: “Birgə Məktub”

Tarix:5-11-2024, 20:33
Baxış Sayı:0

 

Türkiyə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində İsrailə silah və sursat satışının dayandırılması ilə bağlı beynəlxalq məlumatlılığı artırmaq məqsədi daşıyan “Birgə Məktub” təşəbbüsü ilə çıxış edib.


Diplomatik mənbələrin dediyinə görə, bu təşəbbüs Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən irəli sürülüb və onun əsas məqsədi İsrailin Fələstinin Qəzza zolağında və ümumilikdə Fələstində hərəkətlərinin qarşısını almaqdır.


Məktubda İsrailin həyata keçirdiyi tədbirlər nəticəsində Yaxın Şərqdə artan gərginlik və orada insan hüquqlarının pozulması ilə bağlı təşəbbüsdə iştirak edən dövlətlərin narahatlığı vurğulanır.


Qeyd edək ki, təşəbbüsə 52 ölkə qoşulub.


Məktub BMT-nin baş katibi Antonio Quterreşə, BMT Təhlükəsizlik Şurasının müvəqqəti prezidenti İngiltərəyə və BMT Baş Şurasının sədri Filemon Yanqa göndərilib.


Digər xəbərlər
XƏBƏR LENTİ