Səhər qəzeti

I qan qrupu olanlar xərçəngə tutulmur?

Tarix:5-11-2024, 20:32
Baxış Sayı:0

 

Keçən illərdə aparılan bir araşdırma qan qrupunun ciddi xəstəliklərin inkişaf ehtimalını artırdığını iddia edib.

Karolinska İnstitutunun bu mövzuda apardığı əvvəlki araşdırmalar A qan qrupu olan insanların mədə xərçənginə tutulma riskinin daha yüksək olduğunu müəyyən edib.

Onkoloq Aleksandr Rumyantsevin sözlərinə görə, qan qrupunun mədəaltı vəzi və mədə xərçəngi, ürək-damar xəstəlikləri və demans hallarına təsir göstərə biləcəyi iddiasının heç bir elmi əsası yoxdur.

Rumyantsev bütün bunları cəfəngiyyat adlandırıb. O, I qan qrupu olan insanların xərçəngə tutulmayacağını iddia edən araşdırmanı təkzib edib.

Həkim insanların çoxunun qan qrupunun I olduğunu və hələ də xərçəng xəstəliyinə tutulduğunu diqqətə çatdırıb.


Digər xəbərlər
XƏBƏR LENTİ