Səhər qəzeti

Almaniya təhlükə altındadır: qarşısı alınmasa...

Tarix:4-11-2024, 13:32
Baxış Sayı:0

 

Almaniyada doğum nisbəti əhəmiyyətli dərəcədə azalıb. Bu nisbətin orta hesabla 1,35 səviyyəsinə düşməsi ilə əlaqədar ekspertlər siyasətçilərə xəbərdarlıq edib.

Bu barədə İqtisadi Tədqiqatlar İnstitutu araşdırma aparıb.

Müəyyən edilib ki, hazırda qadınlar orta hesabla 1,58 deyil, 1,35 uşaq dünyaya gətirirlər. 2011-2016-cı illər arasında uşaqlı ailələrə daha yaxşı şəraitin təmin edilməsi və immiqrasiyanın təsiri ilə orta göstəricinin artdığı, lakin son illərdə azalmağa başladığı bildirilib.

"Hazırda bir qadına cəmi 1,35 uşaq düşürsə, 2021-ci ildə bu göstərici 1,58 idi. Doğum davranışı "əhəmiyyətli dərəcədə" dəyişib. Koronavirus böhranı, Ukraynada müharibənin başlaması və yüksək inflyasiya səbəbindən real gəlirlərin azalması bir çox gənc ailələri uşaq sahibi olmaq istəyini təxirə salmağa təşviq edib”, - deyə İnstitutun direktoru Yoahim Raqnits bildirib.

Raqnits qeyd edib ki, siyasətçilər bu inkişafları yaxından izləməli, uşaq bağçası və məktəb ilə bağlı mümkün səhv qərarlardan qaçmalıdırlar. Mütəxəssislərin xəbərdarllığına görə, doğum səviyyəsinin aşağı düşməsi işçi qüvvəsi məsələsindən tutmuş pensiya fondlarının maliyyələşdirilməsinə qədər bir çox sahələri təhdid edir.

Raqnits son olaraq, Almaniyada həllin yalnız uzunmüddətli perspektivdə olacağını bildirib. Onun fikrincə, hüquqi tənzimləmələr, iqtisadi stimullar və ya sosial zehniyyətin dəyişməsi doğum nisbətlərinə təsir edə bilər.

Digər xəbərlər
XƏBƏR LENTİ