Səhər qəzeti

Tokayev fərman imzaladı: Rusiyanı oyundan çıxartdı, "Azərbaycan" dedi

Tarix:9-08-2024, 21:23
Baxış Sayı:0

 

Qazaxıstan Rusiyadan yan keçməklə, Azərbaycandan isə keçməklə neft tədarükünü artırmaq imkanını nəzərdən keçirir.

Söhbət ildə 20 milyon tona qədər olan həcmdən gedir.

Bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev fərman imzalayıb. Tokayev bu fərmanla Qazaxıstan Respublikasının 2029-cu ilə qədər Milli İnkişaf Planını təsdiq edib. Sənəddə digər məsələlərlə yanaşı, Rusiyadan yan keçməklə neft nəqlinin artırılmasından da bəhs edilir. Əgər keçən il bu, 1,46 milyon ton təşkil edirdisə, gələcəkdə 20 milyon tona qədər arta bilər.

“Ortamüddətli perspektivdə Aktau limanının mövcud imkanları çərçivəsində (ildə 7 milyon tona qədər) transxəzər neft nəqlinin artırılması planlaşdırılır. Transxəzər daşımalarının ildə 20 milyon tona çatdırılması üçün Eskene-Kurık neft kəmərinin, Xəzər dənizinin Qazaxıstan və Azərbaycan sahillərində dəniz terminallarının, habelə iri tutumlu xüsusi tanker donanmasının tikintisi layihələrinin həyata keçirilməsi imkanları da nəzərə alınacaq” - Qazaxıstanın strateji sənədində deyilir.

Digər xəbərlər
XƏBƏR LENTİ