Səhər qəzeti

Tramp: "Rusiya və Çinlə danışıqlar aparmağı Harrisə etibar etmək təhlükəlidir"

Tarix:2-11-2024, 14:29
Baxış Sayı:0

 

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp hesab edir ki, Demokratlar Partiyasından olan rəqibi Kamala Harris 5 noyabr seçkisində qalib gələrsə, Birləşmiş Ştatlarla Rusiya və ya Çin arasında danışıqların öhdəsindən gələ bilməyəcək.

"Siz Kamala Harrisə Rusiya və ya Çinlə nüvə müharibəsi barədə danışmağı etibar edərdinizmi? Düşünmürəm. Siz ona bizi iqtisadi böhrandan çıxarmağı etibar edərdinizmi? Düşünmürəm. Son dərəcə aşağı IQ səviyyəsi olan çox zəif və səriştəsiz bir insana böyük səlahiyyətlər verməkdən daha təhlükəli heç nə yoxdur", - deyə o, cümə günü Viskonsin ştatının Miluoki şəhərində tərəfdarları qarşısında çıxışında bildirib.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkisi noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyasını keçmiş dövlət başçısı Donald Tramp, Demokratlar Partiyasını isə ölkənin hazırkı vitse-prezidenti Kamala Harris təmsil edəcəklər.

Digər xəbərlər
XƏBƏR LENTİ