Ermənistan ərazisində qərbi azərbaycanlılara məxsus 600 qəbiristanlıqdan cəmi ikisi - Amasiya rayonunun Qaranamaz və Kalinino rayonunun Cücəkənd qəbiristanlıqları dağıdılmayıb.
Bunu Milli Məclisin Qərbi Azərbaycan Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O həmin ərazilərdəki üç qəbirstanlıqla bağlı hazırda araşdırma işləri aparıldığını deyib:
“Həmin qəribstanlıqlarla əlaqədar xüsusi materiallar hazırlanmalı, dünyaya təqdim edilməlidir. Bu vandalizmdə təkcə Ermənistan deyil, ona havadarlıq edən dövlətlər də günahkardır”.