Səhər qəzeti

İsraildən HƏMAS-a yeni təklif: 11-14 girov müqabilində nə qədər fələstinli məhbusu azad edəcək?

Tarix:30-10-2024, 13:30
Baxış Sayı:0

 

İsrail ilə HƏMAS arasında girovların azad edilməsi və atəşkəslə bağlı yeni təklif bu yaxınlarda vasitəçilərə təqdim edilib.

HƏMAS terror qruplaşması Qəzzada döyüşlərə son qoya biləcək müxtəlif təkliflər aldığını və onları nəzərdən keçirdiyini bildirib.

Məlumata görə, "Mossad" rəhbəri Devid Barnea Qətərdən olan həmsöhbətlərinə bir sıra fələstinli məhbuslar və Fələstin anklavında biraylıq atəşkəs müqabilində Qəzzadan 11-14 girovun azad olunması təklifini təqdim edib.

Razılaşma çərçivəsində azad ediləcək girovlar arasında terror qruplaşmasının əlində qalan bütün qadın və uşaqların da olacağı qeyd edilir.

Məlumatlara görə, razılaşma İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılmasını və ya döyüşlərin tamamilə dayandırılmasını nəzərdə tutmur, baxmayaraq ki, HƏMAS tərəfindən irəli sürülən hər iki tələb uğursuz danışıqların daha əvvəlki raundlarında əngəl yaratmışdı. Çünki HƏMAS bundan azına razı olmayacağını demişdi.

Vəziyyətlə tanış olan mənbələr xəbər verirlər ki, HƏMAS-ı bu razılaşmanı qəbul etməyə təşviq etmək üçün İsrail, gözlənildiyi kimi, daha çox fələstinli məhbusu azad etməyi öhdəsinə götürmək niyyətindədir.

Dəqiq say hələ müəyyən edilməsə də, KİV-də İsrailin 11-14 girov müqabilində 100-ə yaxın fələstinli məhbusu azad edəcəyi deyilir.

Bununla belə, həmçinin HƏMAS-ın əvvəlki tələblərinə israr etdiyi də qeyd olunur. Belə ki, HƏMAS-ın yüksəkrütbəli rəsmisi Sami Əbu Zuhri müxtəlif variantları nəzərdən keçirdiklərini təsdiqləsə də, İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılmasını nəzərdə tutmayan heç bir təklifi qəbul etməyəcəklərini də bir daha vurğulayıb.

Digər xəbərlər
XƏBƏR LENTİ