Səhər qəzeti

Rusiyada miqrantlara basqın edildi: Aralarında azərbaycanlılar da var?

Tarix:29-10-2024, 15:21
Baxış Sayı:0

 

Krasnoyarskda İstintaq Komitəsinin və Hərbi Komissarlığın əməkdaşları növbəti reyd zamanı Özbəkistan, Qırğızıstan və Tacikistandan olan 229 əmək miqrantını həbs ediblər.

Bu barədə "İndiki zaman" ("Настоящее время") məlumat yayıb.

Bildirilir ki, federal məlumat bazasına daxil etmək üçün onlardan “genomik məlumat materialı götürülüb”.

Təhlükəsizlik qüvvələri iri supermarketlər şəbəkəsinin paylama mərkəzini, ağac emalı bazasını və istehsal-logistika kompleksini yoxlayıb.

Rusiya Federasiyası daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovonun sözlərinə görə, hazırda Rusiyada xarici vətəndaşlığı olan 6,174 milyon insan var.

Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarus, Ukrayna, Ermənistan, Azərbaycan, Qazaxıstan, Çin və Türkmənistan Rusiya Federasiyasında yaşayan vətəndaşlarının sayına görə ilk on ölkə sırasındadır.

Digər xəbərlər
XƏBƏR LENTİ