Səhər qəzeti

Ukrayna Çeçenistana hücum etdi: Putinin adını daşıyan universiteti vurdu

Tarix:29-10-2024, 15:17
Baxış Sayı:0

 

Ukraynanın pilotsuz uçuş aparatları Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin ərazisinə hücum edib.

Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib. Universitet Qudermesdə yerləşir.

Hücum çərşənbə axşamı, oktyabrın 29-u səhər saatlarında baş verib. Kadırovun sözlərinə görə, basqın nəticəsində boş binanın dam örtüyü yanıb. Ölən və xəsarət alan yoxdur. Yanğın tez bir zamanda söndürülüb.

İstintaq orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. RUS-un fəaliyyəti dayandırılmayıb, bütün xidmətlər normal rejimdə işləyir.

Digər xəbərlər
XƏBƏR LENTİ