Səhər qəzeti

Çirkin əməllərini Dəmir yolundan başlayıb, KƏND TƏSƏRRÜFATININ REGİONAL İDARƏSİNDƏ DAVAM ETDİRƏN Ziya Məmmədovun qohumu kimdir?

Tarix:28-10-2024, 13:51
Baxış Sayı:8

 

Kənd təsərrüfatının inkişafı ölkə iqtisadiyyatının yüksəlməsi və dövlətin möhkəmlənməsinin göstəricisidir. Mətbuat üzərindən apardığımız araşdırmalar göstərir ki, Kənd Təsərrüfatı nazirliyinin tabeçiliyində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin Aran regional idarəsi dövlətimizin inkişafına tövhə yox, əksinə zərbə vurmaqla məşğuldur. Bu barədə araşdırmanın nəticəsi belə düşünməyə vadar edir. Dövlət başçısının Kənd təsərrüfatına verdiyi tapşırıq və önəmli tövhələr təəssüflər olsun ki, bu qurumun yerli və regional idarələri tərəfindən diqqətə alınmır. Sosial media səhifələrində, müxtəlif saytlarda bu qurum barədə şikayətlərlə bağlı yazılar bitmək bilmir. Bir idarəni üç qardaşın ümidinə buraxıb, rəhbərliyə saxta məlumat ötürən idarə rəisi şəxsi maraqlarını önə çəkib dövlətimizə nə qədər zərbə vurduğunun fərqində deyil. Bağlanan müqavilələr. Yığılan məhsullar və alınan subsidiyalar idarınin büdcəsinə yox digər istiqamətlərə yönəldilir. 

Aqrar sektorda inqilabi dönüş yaratmaq üçün nəzərdə tutulan bu qurum uzun illərdir ki, inkişafa heç bir töhvə vermir...

Ümumiyyətlə kənd təsərrüfatı üzrə yaradılan bəzi regional qurumlar öz işlərinin öhdəsindən gələ bilmirlər. Çünki qurumu idarə edən və orada çalışanların ixtisasının kənd təsərrüfatına aidiyyatı yoxdur. Ona görə də onlar rəhbərlik etdikləri sahədə ancaq korrupsiya, rüşvət fəaliyyətini ön plana çəkirlər. Əgər belə olmasaydı haqqında söhbət açacağımız məmurun rəhbərlik etdiyi qurumun timsalında kənd təsərrüfatı sahəsində hansısa irəliləyişlərin olmasını görərdik. 

  

Saxta rəqəmlər və yalançı statistika...

 

 Saxta rəqəmlər və yalançı statistika. Bəli, bu belədir.  Bunlardan nə nazirin, nə də ki, ölkə rəhbərinin xəbəri var. 

İndiki halda belə görünür ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin Aran Regional idarəsi ancaq pul yığmaq məqsədi ilə yaradılıb. Yaranan biabırçı tablo bunu deməyə əsas verir. 

Etimad göstərilənlər bu sahəyə vəzifəyə gələndə sahənin problemlərini, inkişafını fikirləşmirlər. Onların hamısı bu sahəyə gəlir mənbəyi kimi baxırlar. Elə buna görə də kənd təəsərrüfatı sahəsində daha uğurlu irəliləyişə nail olmaq mümkün deyil. 

Media üzərindən aparılan araşdırmalardan məlum olur ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin regional bölmələrində vəzifə tutan şəxslərin böyük əksəriyyəti kənd təsərrüfatı sahəsinə aid olan insanlar deyil.

Ziya Məmmədovun qohumu və etibarlı kadrlarından sayılan Zamin Məmmədovun vəzifə yollarına nəzər salasaq bunu görərik. (mənbə: https://rublika.az/index.php?newsid=78629)

Bu barədə Rublika.az saytı böyük bir araşdırma yazısı dərc edib. Yazıda qeyd olunur ki,  Mərkəzi Aran Regional İdarəsinə (keçmiş Dostluq savxozuna) təyin olunmuş direktor sabiq Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu  Zamin Məmmədovdur.
Bu həmin Zamin Məmmədovdur ki, illər əvvəl Nəqliyyat Nazirliyinin tabeliyində olan Nəqliyyat Departamentində rəis müavini işləyib və korrupsioner və dələduz məmur kimi ad çıxarıb. Yazıda belə iddia olunur.
Əlavə olaraq sayt yazır ki, Zamin Məmmədovu bu vəzifəyə , “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Fəda Abbasovun həyat yoldaşının yaxın qohumu olduğu üçün təyin olunub.

Digər bir saytda isə Zamin Məmmədovun məsuliyyətsiz və səriştəsiz fəliyyəti nəticəsində ölüm hadisəsindən söhbət açılır. (mənbə: https://teref.az/manset/285776-zamin-memmedov-saxta-diplomlu-qohumuna-vezife-verdi-.html )“Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinin direktoru Zamin Məmmədov kənd təsərrüfatı sahəsinə aidiyyəti olmayan saxta diplolmlu qohumu Cavid İsmayılovu (soyad ayrı olsa da doğmaca qardaşı oğludur) Ucar rayon Texniki Nəzarətin Təşkili Sektoruna müdir vəzifəsinə təyin etdirdiyindən də söhbət açılır. (Davamı olacaq)

 

Zamin Məmmədov Əsədovlara niyə etibar edir?

 

“Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinin direktoru Zamin Məmmədov  2020-ci ildə və 2023-cü ildə əldə olunan qənimətləri sözügedən idarənin Beyləqan şöbəsində çalışan  Əsədov Ceyhun, Əsədov Rəşad və Əsədov Şahin qardaşlarına həvalə eləmişdir. (Bu barədə geniş yazı dərc olunacaq) Əlavə olaraq xatırladılır ki, adları çəkilən 3 qardaşın  heç biri əsgəri xidmətdə olmasa belə hərbi bilet əldə edə biliblər. Təbii ki, bi şikayətçinin iddiasıdır. Bu qardaşlar Aran Regional şöbəsinin müdiri Zamin Məmmədovun ən etibarlı işçisi sayılırlar. Bu barədə Beyləqan camaatı danışır. Əkin, biçin, fermada heyvanların dəyişdirilməsi, alqı-satqısı. Subsidiya və yanacaq, texnikaların işə cəlb olunması, yazısı-pozusu, demək olar ki, qara-qura nə varsa bu Əsədovların əli ilə həyata keçirilir. Hədda, torpaqların təyinatının dəyişdirilməsim belə sadalanan faktlardandır. Kağız üzərində əkilən böyük sahələr, dövlətə verilən yalançı hesabat və yekunda mənimsənilən miliyonlar. Hektarlarla torpaqlara ayrılan subsidiyalar, ortada olmayan məhsul. 

(Araşdırmalarımız davam edir)

S.Mehdiyev,

İnsan hüquqları mərkəzi

Digər xəbərlər
XƏBƏR LENTİ