Səhər qəzeti

Ukrayna ilə bağlı kompromisə hazıram, açıq deyirəm, utanmadan - Putindən ŞOK AÇIQLAMA

Tarix:25-10-2024, 15:45
Baxış Sayı:0

 

Ukraynadakı münaqişənin həlli üçün ağlabatan kompromislər axtarmağa hazıram.

Bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramına deyib.

Onun sözlərinə görə, türkiyəli tərəfdaşlar artıq dəfələrlə Ukrayna tərəfdən bəzi təşəbbüslərlə bağlı təkliflərlə Moskvaya müraciət ediblər. Putinin sözlərinə görə, Rusiya bu danışıqlara razılıq verəndə, Ukrayna hər dəfə bundan imtina edib.

"Bu, iki dəfə baş verdi", - deyə Rusiya lideri vurğulayıb.

O, Rusiyanın kompromislər axtarmağa hazır olduğunu vurğulayıb.

"Lakin mən indi təfərrüatlara varmaq istəmirəm, çünki substantiv danışıqlar yoxdur və qarşı tərəf bundan imtina edir", - prezident deyib.

O, danışıqlarla bağlı mövqeyini də belə müəyyənləşdirib: “İstənilən nəticə Rusiyanın xeyrinə olmalıdır, mən açıq deyirəm, utanmadan”.

Putin əlavə edib ki, biz döyüş meydanında yaranan reallıqlardan çıxış etməliyik və Rusiya burada heç bir güzəştə getməyəcək.

"Heç bir mübadilə olmayacaq", - deyə Putin qətiyyətlə vurğulayıb.

Digər xəbərlər
XƏBƏR LENTİ