Səhər qəzeti

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib - VİDEO

Tarix:24-10-2024, 13:11
Baxış Sayı:1

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ankarada törədilmiş terror aktı ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Dövlətimizin başçısı başsağlığı məktubunda bildirib: “Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu xain terror aktını şiddətlə qınayır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.


Digər xəbərlər
XƏBƏR LENTİ