Səhər qəzeti

Putindən dollarla bağlı kritik çağırış: Silahdır, əvəzlənməlidir

Tarix:23-10-2024, 20:53
Baxış Sayı:0

 

Rusiya prezidenti Putin silah kimi istifadə edilən ABŞ dollarının dəyişdirilməsinə çağırıb.

Bu barədə Putin BRİKS-in genişləndirilmiş toplantısında danışıb.

"Dollar silah kimi istifadə olunur. Biz bunun belə olduğunu görürük. Hesab edirəm ki, bu, bunu edənlərin böyük səhvidir", - Putin deyib.

Rusiya dövlətinin başçısı qeyd edib ki, dollar hələ də dünya maliyyəsinin ən mühüm alətidir: “Biz dollardan imtina etmirik, onunla mübarizə aparmırıq. Amma bizə işləməyə icazə verilmirsə, nə edək?”

“Biz başqa alternativlər axtarmağa məcburuq – baş verən budur”, - Putin yekunlaşıdırb.

Oktyabrın 22-də Kazanda XVI BRİKS sammiti işə başlayıb. Burada 36 dövlətin nümayəndə heyəti iştirak edir.

Digər xəbərlər
XƏBƏR LENTİ