Pentaqonun rəhbəri Lloyd Austin, bəlkə də Ukraynanı danışıqlara məcbur etmək üçün Kiyevə gözlənilməz səfər edib.
Bu barədə irlandiyalı jurnalist Çey Bouz "X" sosial şəbəkəsində yazıb.
“Onun reallığı etiraf etməyə və danışıqlara başlamağa məcbur etmək üçün orada olması barədə şayiələr var”, - deyə jurnalist iddia edir.
Qeyd edək ki, oktyabrın 21-də Pentaqon Amerikanın müdafiə naziri Lloyd Ostinin Kiyevə işgüzar səfərini təsdiqləyib. Qeyd olunub ki, Pentaqonun rəhbəri Ukrayna hakimiyyəti ilə görüşəcək və ABŞ-ın Kiyevə hərbi yardım göstərmək öhdəliyini vurğulayacaq.