Səhər qəzeti

106 yaşlı qadın uzunömürlülük sirrini açıqladı

Tarix:18-10-2024, 09:55
Baxış Sayı:0

 

Britaniyaəsilli 106 yaşlı Doroti Yanq uzunömürlülüyünün sirrini sağlam həyat tərzi və zərərli vərdişlərdən imtina etməkdə görür.

Məlumata görə, təqaüdçü qadın 27 may 1918-ci ildə Birinci Dünya Müharibəsinin qızğın dövründə anadan olduğunu bildirib. Qadının sözlərinə görə, o, sevdiyi işlə məşğul olaraq və sevdiyi insanlarla uzun və xoşbəxt həyat yaşayıb. 15 yaşında Qadınlar İnstitutuna daxil olub, orada dəri emalı, qab-qacaq boyama, bağçılıq, tikmə və tikiş öyrənib. Yanqın sözlərinə görə, onun ən çox marağı rəqsə olub. Orada o, sonradan ailə qurduğu Corc adlı bir gənclə tanış olub. Onlar Böyük Mançester qraflığında 52 il birlikdə yaşayıb, iki qız övladı və dörd nəvə böyüdüblər. Qadın bu müddət ərzində əsasən ev işləri ilə məşğul olub. Hazırda Yanqın altı nəticəsi var. 1997-ci ildə həyat yoldaşının vəfatından sonra o, qızlarından biri ilə yaşayıb, daha sonra qocalar evinə köçüb.

Yanq bütün həyatı boyu sağlam vərdişlərə riayət etdiyini bildirib - o, heç vaxt siqaret çəkməyib, alkoqolu isə yalnız 102 yaşında, pandemiya ilə əlaqədar karantin zamanı dadıb. Uzunömürlü qadının sözlərinə görə, kürəkəni onu xeres içkisinə qonaq edib. O vaxtdan bəri, qadının qeyd etdiyi kimi, o, hərdən bir qədəh şərab içir.

Təqaüdçü qadın zəngin və uzun ömrünün digər sirrini həmişə özünü xoşladığı şeylərlə əhatə etməyə çalışmasında görür. Belə ki, Yanq hazırda qocalar evinin işçilərindən onun yanına tez-tez uşaqları çağırmalarını xahiş etdiyini bildirib, çünki onlarla ünsiyyət qurmağı sevir.

Digər xəbərlər
XƏBƏR LENTİ