Səhər qəzeti

Heyvan hüquqlarının müdafiəçiləri Papanın çıxışına mane olublar

Tarix:8-08-2024, 08:50
Baxış Sayı:4

 

Heyvan hüquqlarının müdafiəçiləri Roma Papası Fransiskin ənənəvi çıxışına mane olmağa çalışıblar.

Pontifikin çıxış etdiyi zala daxil olan 2 qadın korridaya qarşı şüarlar səsləndirib. Onlar ingilis və ispan dillərində “korrida günahdır” yazılmış paltarlar geyiniblər.

Təhlükəsizlik xidməti etirazçıları zaldan çıxarıb.

Papa indiyədək korrida məsələsinə münasibət bildirməyib. Lakin tarixdən məlumdur ki, 16-cı əsrdə Papa V Piy öküz döyüşlərini qadağan etmişdi. Pontifik bu əyləncənin insana yaraşmadığı qənaətində idi.

Digər xəbərlər
XƏBƏR LENTİ