Ukrayna tərəfdaşlarının Rusiyaya qarşı “ikinci cəbhə” açmasını gözləməyəcək.
Bu barədə Ukrayna liderinin ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
“Aydındır ki, Ukrayna müttəfiqlərinin “ikinci cəbhə” açmasını gözləməyəcək. Amma biz ən azı daha sərt ticarət sanksiyalarına arxalana bilərik”, - Podolyak deyib.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski müttəfiqlərindən ilk addımı atmağı və heç olmasa ölkəni NATO- ya dəvət etməyi xahiş etmişdi. Onun fikrincə, Kiyev “münaqişədən on il, otuz il sonra deyil” öz mövqeyini indi gücləndirməlidir. Bununla yanaşı, bəzi ölkələr hələ də Ukraynanın alyansa üzvlüyünə şübhə ilə yanaşır.