Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi "İdeyanı Reallaşdır 2023" gənclərin fərdi layihələrinin qrant müsabiqəsinin qalibi olan "Şanlı Qələbəmizə Gedən Yol" layihəsi çərçivəsində Qəbələ rayonunda şəhid Şəhid Ağaşirin Firuz oğlu Babayevin ailəsi ziyarət olunmuşdur.
Şəhid Ağaşirin Firuz oğlu Babayev 16 may 2001-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. Ağaşirin Babayev 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri olan Ağaşirin Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaşirin Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağaşirin Babayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Ağaşirin Babayev ölümündən sonra 3-cü dərəcəli "Vətənə Xidmətə görə" medalı ilə təltif edildi.
#AzGF #Qəbələ #İdeyanıReallaşdır2023
Xəyal Məmmədəliyev
"Şanlı Qələbəmizə Gedən Yol" layihəsinin rəhbəri