Səhər qəzeti

Qarabağın yeni nəfəsi: Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolu yenidən qurulur

Tarix:24-09-2024, 21:21
Baxış Sayı:0

 

Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir.

Bu yol Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin işini asanlaşdıracaq.

Yolunun ümumi uzunluğu 33,6 kilometr təşkil edir. Qarabağın inkişaf planı nəzərə alınaraq avtomobil yolu 1-ci və 2-ci texniki dərəcəyə uyğun layihələndirilib.

Yolda hərəkət zolaqlarının sayı iki gediş, iki gəliş olmaqla 4 hissədən ibarət olacaq. Yolboyu müxtəlif diametrli suötürücü boruların tikintisi, 2 ədəd keçid, 5 ədəd körpünün inşası nəzərdə tutulub.

Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək.

Digər xəbərlər
XƏBƏR LENTİ