Səhər qəzeti

Qərb Paşinyana xəbərdarlıq etdi: Komanda üzvlərin sürətlə varlanıb - Kimi qurban verəcək?

Tarix:18-09-2024, 13:53
Baxış Sayı:2

 

Ermənistanın baş naziri Paşinyanın kadrlarının sürətlə varlanması Qərbin diqqətini çəkib.

Erməni mətbuatının məlumatına görə, Nikol Paşinyanın qərb sponsorları komanda yoldaşlarının varlanmasının qanuniliyini yoxlamağın vaxtı çatdığını açıq şəkildə bildiriblər. Keçmiş iqtidarın üzvlərinə və müxalifət xadimlərinə qarşı iqtidarın göstərişi ilə onlarla qanunsuz əmlak işi açıldığı halda, məlum olur ki, Qərb strukturları da hazırkı məmurların əmlakları, vəsaitləri, xaricdə satın alınan evləri və yatırılan pullarla bağlı kifayət qədər ciddi araşdırmalar aparılmasını tələb ediblər.

Müxtəlif məmurların korrupsiya əməliyyatları ilə bağlı dosyeləri var, onlardan bəziləri son illərdə mütəmadi olaraq medianın diqqətində olub, lakin ER hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma obyekti olmayıb.

Ona görə də Paşinyanın korrupsiyaya qarşı mübarizə apardığını sübut etmək üçün öz komandasının bir hissəsini qurban verməyə başlayacağı istisna edilmir.


Digər xəbərlər
XƏBƏR LENTİ