Səhər qəzeti

Bu şəxslər üçün pulsuz göz əməliyyatı olacaq - RƏSMİ

Tarix:23-04-2025, 16:38
Baxış Sayı:9

 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, dosent Qurban İsmayılov tərəfindən jurnalistlər üçün ödənişsiz göz əməliyyatları və müayinələr həyata keçirilir.

Bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günal Aslanova məlumat verib.

O bildirib ki, əməliyyatlar aprel ayının 28 və 29-na planlaşdırılıb.

"Əməliyyat və müayinə üçün jurnalistlərin qeydiyyatdan keçməsi kifayətdir".

Digər xəbərlər
XƏBƏR LENTİ