Səhər qəzeti

Roma Papası Fransiskin ölüm səbəbi açıqlandı

Tarix:22-04-2025, 08:56
Baxış Sayı:0

 

Roma Papası Fransisk 88 yaşında komaya və ürək dayanmasına səbəb olan insultdan vəfat edib.

Bu barədə rəsmi tibbi rəydə bildirilib.

"Ölüm 2025-ci il aprelin 21-də səhər saatlarında Vatikandakı mənzillərində qeydə alınıb", - deyə qeyd edilib.

Qeyd edək ki, bir müddətdir səhhətində problemlər yaşayan Papaya ikitərəfli pnevmoniya, çoxsaylı bronxoektaz və hipertoniya ilə kəskin tənəffüs çatışmazlığı diaqnozları qoyulmuşdu.

Digər xəbərlər
XƏBƏR LENTİ