ABŞ administrasiyasının rəsmisi Amerika elminin nailiyyətləri ilə bağlı sensasion açıqlama verib.
Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru Maykl Kratsios bildirib ki, Birləşmiş Ştatlar məkanı və zamanı manipulyasiya etməyə imkan verən texnologiyalar hazırlayıb.
"Amerika innovasiyasının "qızıl dövrü"dür. Ölkənin texnoloji inkişafının yeni mərhələsi başlayıb. Bizim texnologiyalarımız zaman və məkanı manipulyasiya etməyə imkan verir", - deyə rəsmi bildirib.