Səhər qəzeti

Mask vəzifəsindən uzaqlaşdırıla bilər - Uyğunsuzluq aşkarlandı

Tarix:10-04-2025, 13:33
Baxış Sayı:0

 

Bir qrup ABŞ konqresmeni İlon Maskın mayın 30-dək hökumət işindən uzaqlaşdırılmasını tələb edib.Təşəbbüs qrupunda 77 nəfər var və onların hamısı Demokratlar Partiyasını təmsil edir.

Demokratlar öz tələblərinə hüquqi əsaslandırıblar. Onlar iddia edirlər ki, Mask 130 gündən çox DOGE-dəki vəzifəsində qala bilməz. Lakin o, istefa verərsə, ən azı bir il dövlət işlərinə qayıda bilməyəcək.

Bundan əvvəl ABŞ-ın federal agentliklərinin işçilərin, o cümlədən sınaq müddətində olanların kütləvi ixtisarına başladığı bildirilirdi. İxtisarlar Təhsil Departamentinə və Kiçik Biznes İdarəsinə təsir edib.

Beləliklə, Tramp və Mask bürokratiyanın təmizlənməsinə başlayıblar. Bundan sonra qəzəblənmiş amerikalı rəsmilər Trampa Maskdan şikayət ediblər.

Digər xəbərlər
XƏBƏR LENTİ