Səhər qəzeti

ABŞ-nin yeni rüsumları logistikanın əhəmiyyətli hissəsini Türkiyəyə yönəldəcək

Tarix:5-04-2025, 21:44
Baxış Sayı:2

 

"ABŞ-nin yeni gömrük siyasəti Türkiyəyə beynəlxalq tədarük zəncirinin əhəmiyyətli hissəsini özünə cəlb etməyə imkan verəcək".

Bunu Ankaranın maliyyə sektorundakı mənbə TASS ilə söhbəti zamanı deyib.

Onun sözlərinə görə, ABŞ administrasiyasının bu cür addımları logistikaya, beynəlxalq tədarük zəncirinə təsir göstərəcək:

"Tədarük zəncirinin əhəmiyyətli hissəsi Türkiyəyə yönələcək. ABŞ-nin daha yüksək rüsumlar tətbiq etdiyi ölkələr Türkiyə kimi azad ticarət haqqında sazişləri olan dövlətlər vasitəsilə ticarət aparmağa can atacaqlar. Çünki Türkiyəyə ABŞ tərəfindən minimum - 10 faizlik tarif tətbiq edilib".

Digər xəbərlər
XƏBƏR LENTİ