Vaşinqtonun Moskva və Kiyevlə danışıqları fonunda NATO Rusiya ilə münasibətlərə yenidən baxılması ilə bağlı müzakirələri dayandırıb.
Bu barədə "Euractiv" nəşri diplomatlara istinadən yazıb.
Qarşıdan gələn NATO sammitinin Ukraynada münaqişənin başlamasından sonra Rusiya ilə dondurulmuş münasibətlərdə dönüş nöqtəsi olacağı gözlənilir.
Qeyd olunur ki, Moskva ilə qarşılıqlı fəaliyyətlə bağlı dialoqlar bir neçə aydır aparılmır. Eyni zamanda ABŞ prezidenti Donald Trampın bu məsələ ilə bağlı nə düşündüyü də məlum deyil.
Adı açıqlanmayan ABŞ rəsmisi jurnalistlərin Rusiya ilə münasibətlərdə ABŞ-ın mövqeyi ilə bağlı suallarını cavablandırmayıb. Bununla belə, o vurğulayıb ki, NATO müttəfiqləri arasında Haaqa sammiti ilə bağlı müzakirələr davam edir.
“Ukrayna məsələsində bütün müttəfiqlər ölüm və dağıntıların dayandırılması ilə bağlı razılığa gəlirlər. Prezident Tramp sülhü təşviq etmək istəyir”, - deyə mənbə fikrini yekunlaşdırıb.