Rusiya prezidenti Vladimir Putinin xarici siyasət müşaviri Yuri Uşakov ABŞ-ın Ukraynadakı müharibə məsələsində təşəbbüsləri ilə bağlı açıqlamalar verib.
Uşakov ABŞ-ın Ukrayna böhranının həlli üçün Rusiyanın tələblərini nəzərə alacağına ümid etdiklərini bildirib.
O qeyd edib ki, Rusiya öz milli maraqlarını və narahatlıqlarını nəzərə alan uzunmüddətli həll yolu istəyir: “Təklif olunan 30 günlük atəşkəs Ukrayna qüvvələri üçün müvəqqəti fasilədən başqa bir şey deyil. Rusiya və ABŞ Ukraynanın gələcəkdə NATO-ya üzv ola bilməyəcəyi mövzusunda həmfikirdirlər".
Kremlin sözçüsü Dmitri Peskov da ABŞ-ın Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna ilə danışıqlara dair məlumatları çatdırmağa başladığını bəyan edib:
"Mövqeyimizi mətbuat vasitəsi ilə deyil, ikitərəfli təmaslarda məlumat aldıqdan sonra müəyyən edəcəyik".