Səhər qəzeti

Dünyanın ən çox xəstələnən əhalisi - Dərman preparatlarının 70 faizini amerikalılar alırlar

Tarix:15-02-2025, 10:45
Baxış Sayı:0

 

Dünyanın ən çox xəstələnən əhalisi amerikalılardır.

Bu barədə ABŞ Səhiyyə və Sosial Xidmətlər naziri Robert Kennedi "Fox News" telekanalına müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, amerikalılar dünya üzrə dərman preparatlarının 70 faizini alırlar.

"Biz səhiyyəyə digər ölkələrdən iki-üç dəfə çox pul xərcləyirik, lakin ən pis göstəricilər bizdədir. Dünyanın ən çox xəstələnən əhalisi bizdədir", - deyə o vurğulayıb.

Kennedi qeyd edib ki, ABŞ-də qida məhsullarında 10 min qida əlavəsi var. Avropa İttifaqında isə təxminən 400 əlavəyə icazə verilir. O, bu aspektdə ABŞ-nin Avropa standartlarına daha çox yaxınlaşmalı olduğunu vurğulayıb.

Digər xəbərlər
XƏBƏR LENTİ