Səhər qəzeti

75 min işçi istefa verdi: Onlara 7 aylıq əməkhaqqı qədər təzminat veriləcək

Tarix:13-02-2025, 20:54
Baxış Sayı:2

 

ABŞ-da təxminən 75 min işçi təzminat müqabilində istefa verib.

Bu barədə “NBC News” məlumat yayıb.

Bildirilib ki, işçilər federal hökumətin istefa müqabilində işdən çıxma haqqı ödəmək təklifini qəbul ediblər. Sözügedən proses ABŞ prezidenti Donald Trampın “federal hökuməti ixtisar etmək” səylərinin bir hissəsi olaraq həyata keçirilir.

Proses çərçivəsində istefa verənlər sentyabr ayına qədər maaş almağa davam edəcəklər.

Xatırladaq ki, Tramp administrasiyası yanvarın 29-da işçilərə fevralın 6-dək işdən çıxsalar, onlara yeddi aylıq əməkhaqqı dəyərində təzminat təklif edən e-poçt göndərib.

Digər xəbərlər
XƏBƏR LENTİ