Səhər qəzeti

Rusiya zərbə endirdi, Zelenski çağırış etdi: ABŞ-dan dərhal REAKSİYA

Tarix:27-08-2024, 14:16
Baxış Sayı:2

 

Amerika Birləşmiş Ştatları Ukrayna prezidenti Vladimir Zelenskinin Amerika silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq çağırışına cavab verib.

 ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Zelenskinin Rusiyanın Ukraynanı kütləvi atəşə tutmasından sonra verdiyi bəyanatının “heç də yeni olmadığını” bildirib.

"Prezident öz narahatlığını bizə özəl şəkildə çatdırdı və o, şübhəsiz ki, öz narahatlığını hamıya açıq şəkildə bildirib. Biz Zelenskinin bunu niyə etdiyini başa düşürük: Onun ölkəsi hücuma məruz qalır", - Kirbi əlavə edib.

Onun sözlərinə görə, Vaşinqton Kiyevlə özəl dialoqu davam etdirəcək. Kirbi həmçinin bildirib ki, Ukrayna ordusuna verilən silahlarla bağlı Amerika siyasətində heç bir dəyişiklik yoxdur.

Digər xəbərlər
XƏBƏR LENTİ